Avropa Komissiyası iyunun sonuna qədər Rusiya əleyhinə yeni sanksiyalar paketini təqdim edə bilər.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
O qeyd edib ki, Fransa artıq bu məsələ ilə bağlı öz tövsiyələrini göndərib.
“Bu, yaxın günlərin məsələsidir, çünki dünən biz öz təkliflərimizi Avropa Komissiyasına göndərmişik. Onlar bu təklifləri bu paketə daxil etməlidir. Ümid edirəm ki, iyunun sonuna kimi yeni sanksiya paketi təqdim olunacaq”, - nazir deyib.