• Bakı 24° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Qurbanlıq heyvanların satış və kəsim məntəqələri – Biləsuvar niyə “unudulub?”

CƏMİYYƏT

06 Iyun 2025 | 15:29

Qurbanlıq heyvanların satış və kəsim məntəqələri – Biləsuvar niyə “unudulub?”

​​​​​​Bu il Qurban bayramı ilə əlaqədar Naxçıvan Muxtar Respublikası (MR) da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin Muğan zonasında yerləşən Cəlilabad və İmişli rayonlarından fərqli olaraq, Biləsuvarda bu tip məntəqələr yaradılmayıb.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqladığı ünvanlarda təşkil olunan həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar kəsilib-satılır.

“Report”un Muğan bürosunun Biləsuvarda analoji məntəqələrin yaradılmamasının səbəbinə dair sorğusuna AQTA-dan şifahi olaraq bildirilib ki, bu iş yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Lakin məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini öyrənmək mümkün olmayıb.


SON XƏBƏRLƏR

06 Iyun 2025