• Bakı 22° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Azərbaycan millisi Qazaxıstanı məğlub edib

İDMAN

06 Iyun 2025 | 21:29 | Müəllif: Subhan Mahmudov

Azərbaycan millisi Qazaxıstanı məğlub edib

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasını məğlub edib.

Oyun yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, millimizin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026