• Bakı 21° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Rusiya Ukraynaya 450-dən çox raket və dron buraxıb

DÜNYA

06 Iyun 2025 | 13:32

Rusiya Ukraynaya 450-dən çox raket və dron buraxıb

Gecə saatlarında Rusiya ordusu Ukrayna üzərinə irimiqyaslı hava hücumu həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, 5 iyun saat 20:00-dan 6 iyun səhər saatlarına qədər ölkə ərazisinə ümumilikdə 452 hava hücum vasitəsi buraxılıb.

    Bunların arasında 407 ədəd “Shahed” tipli zərbə PUA-sı və müxtəlif tipli imitasiya dronları, 6 ədəd “İskəndər-M/KN-23” ballistik raketi, 36 ədəd X-101 qanadlı raketi, 2 ədəd “İskəndər-K” raketi və 1 ədəd X-31P radioəleyhinə raketi olub. Hücumlar Kursk, Voronej, Saratov vilayətləri, Primorsko-Axtarsk, Şatalovo, Qvardeyskoye (Krım) və Qara dəniz üzərindən həyata keçirilib.

    Hava hücumunun qarşısını almaq üçün Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası, zenit-raket birləşmələri, radioelektron mübarizə və pilotsuz uçuş aparatları ilə mübarizə bölmələri, eləcə də mobil atəş qrupları fəal şəkildə cəlb olunub.

    Ukrayna Silahlı Qüvvələrinin ilkin məlumatına əsasən, 406 hava hücum vasitəsi zərərsizləşdirilib. Onlardan 199 ədəd PUA birbaşa məhv edilib, 169 ədəd PUA isə radioelektron mübarizə vasitəsilə funksiyasızlaşdırılıb.

    Qeyd olunub ki, bu hücum son aylarda qeydə alınan ən genişmiqyaslı hava hücumlarından biri olub.

    Ukrayna tərəfi bildirir ki, Rusiya tərəfinin məqsədi mülki infrastrukturu və əhalini qorxu altında saxlamaqdır.


    SON XƏBƏRLƏR

    06 Iyun 2025