• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

QMİ: Azərbaycanlı zəvvarlardan isti hava səbəbindən halı pisləşən olmayıb

CƏMİYYƏT

06 Iyun 2025 | 09:43

QMİ: Azərbaycanlı zəvvarlardan isti hava səbəbindən halı pisləşən olmayıb

Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan isti hava səbəbindən halı pisləşən olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.

“Ərəfat günü bitdi. Hər şey yüksək səviyyədə oldu. Bu gün artıq Qurban bayramıdır. Gecə zəvvarları Ərəfatdan Müzdəlifəyə gətirdik. Oradan isə Minaya gətirdik. Hazırda Minada yerləşiblər, şeytangaha üz tutacaqlar. Oradan isə qayıdıb qurbangahda qurban kəsəcəklər”, – o söyləyib.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.

Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib.


SON XƏBƏRLƏR