• Bakı 22° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

BMT Qəzzada qida çatışmazlığı ilə bağlı xəbərdarlıq etdi

DÜNYA

06 Iyun 2025 | 10:22

BMT Qəzzada qida çatışmazlığı ilə bağlı xəbərdarlıq etdi

Qəzzada yaşı beşdən aşağı olan 2700-dən çox uşağa kəskin qida çatışmazlığı diaqnozu qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin humanitar ofisi məlumat verib.

Bildirilib ki, bu, fevraldan bu yana ciddi tibbi vəziyyətdən əziyyət çəkən uşaqların sayında kəskin artım olduğunu göstərir.

Ofisin məlumatına görə, mayın ikinci yarısında qida çatışmazlığı üçün yoxlanılan beş yaşına çatmamış təxminən 47,000 uşağın 5,8 faizinin (və ya 2,733 uşağın) kəskin qidalanmadan əziyyət çəkdiyi aşkar edilib.

Qeyd olunub ki, mayda xəstəxanaya yerləşdirilməsini tələb edən kəskin qida çatışmazlığı olan uşaqların sayı da əvvəlki aylarla müqayisədə təxminən iki dəfə artıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

06 Iyun 2025