Qafqaz Müsəlmanları İdarəsi sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katolikosu II Qaragenlə hələlik görüşmək istəmədiyini bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, jurnalistlərə açıqlamasında A.Paşazadə onunla görüşməyi özünə yaraşdırmmadığını deyib:
"II Qaragenlə hələlik görüşmək istəmirəm. Onunla görüşməyi özümə yaraşdırmıram. Qaragen dini sifətindən başqa siyasi sifəti bürünüb. Din adamın bu qədər siyasətə qoşulması düzgün deyil. Ona görə də onunla bağlı görüşmək fikrim yoxdur".