• Bakı 21° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Məhkəmə Trampın Harvardla bağlı qərarını blokladı

DÜNYA

24 May 2025 | 09:22

Məhkəmə Trampın Harvardla bağlı qərarını blokladı

ABŞ məhkəməsi Harvard Universitetinin iddiası əsasında ABŞ Prezidenti Donald Trampın xarici tələbələrin universitetlərə qəbulu ilə bağlı qadağasını müvəqqəti olaraq bloklayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, müvəqqəti qadağa hökumətin Harvard Universitetini sertifikatdan məhrum etməsinin qarşısını alır və ali məktəbə ABŞ-də təhsil almaq istəyən əcnəbi tələbələri qəbul etmək imkanı verir.

Qeyd edək ki, mayın 22-də Tramp administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsini dayandırıb. Universitet qadağaya görə Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.


SON XƏBƏRLƏR

23 May 2025