• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Suriyada kilsədə partlayış: Ölənlər və yaralananlar var - YENİLƏNİB + VİDEO

DÜNYA

23 Iyun 2025 | 00:00 | Müəllif: Subhan Mahmudov

Suriyada kilsədə partlayış: Ölənlər və yaralananlar var - YENİLƏNİB + VİDEO

Dəməşq yaxınlığındakı Müqəddəs Elias kilsəsində partlayış nəticəsində azı 20 nəfər ölüb, 51 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, ibadət ocağına daxil olan terrorçu özünü partladıb.

Hadisə şahidlərinin yerli televiziyaya verdiyi məlumata görə, hadisə vaxtı kilsədə olanlar binaya silahlı şəxsi saxlamağa cəhd ediblər. Bu zaman o, özünü partladıb.

Terror aktı nəticəsində tarixi kilsəyə də ciddi ziyan dəyib.

 

***21:07

Dəməşqin xristianların məskunlaşdığı Duveyla bölgəsində güclü partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, partlayış "Həvari Pavel" kilsəsi yaxınlığında baş verib. Azı 15 nəfər ölüb, 30-dan çox isnan yaralanıb.

Hadisə yerinə təcili yardım maşınları yönlənib.

 


Suriyada kilsədə partlayış: Ölənlər və yaralananlar var - YENİLƏNİB + VİDEOSuriyada kilsədə partlayış: Ölənlər və yaralananlar var - YENİLƏNİB + VİDEOSuriyada kilsədə partlayış: Ölənlər və yaralananlar var - YENİLƏNİB + VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026