Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Eurofighter Typhoon” döyüş təyyarələrinin Türkiyəyə satışında əldə olunan irəliləyişləri Böyük Britaniyanın yeni Baş naziri Keir Starmer ilə telefon danışığı zamanı müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi Türkiyə Prezident Administrasiyasına istinadən yayıb.
Prezident Ərdoğan söhbət zamanı qeyd edib ki, müdafiə sənayesində əməkdaşlığın inkişafı iki ölkə arasında münasibətləri daha da gücləndirəcək.
Xatırladaq ki, Türkiyə Almaniya, Böyük Britaniya, İtaliya və İspaniyanın daxil olduğu konsorsium tərəfindən istehsal edilən “Eurofighter Typhoon” təyyarələrinin alınması ilə bağlı danışıqlar aparır. Layihədə “Airbus”, “BAE Systems” və “Leonardo” şirkətləri iştirak edir.