• Bakı 24° C

    15.9 m/s

Zelenski sülh razılaşmasına qədər atəşkəs şərtinə qayıtdı

DÜNYA

21 Avqust 2025 | 18:55

Zelenski sülh razılaşmasına qədər atəşkəs şərtinə qayıtdı

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl rəsmi şəkildə təkzib etdiyi ilkin atəşkəs tələbini yenidən gündəmə gətirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

Nəşr bu nəticəyə Zelenskinin jurnalistlərlə görüşdəki çıxışından sonra gəlib.

Görüş zamanı Prezident bildirib ki, mümkün sülh razılaşması çərçivəsində ABŞ və Rusiya prezidentləri – Donald Tramp və Vladimir Putinlə üçtərəfli formatda keçiriləcək görüş bir növ atəşkəs formatı olmadan demək olar ki, mümkün deyil.

Zelenski görüş zamanı ikitərəfli formatda danışıqların, yəni Tramp və ya Putinlə ayrıca təmasların – atəşkəs olmadan baş tutub-tutmayacağı barədə konkret fikir bildirməyib.

Xatırladaq ki, avqustun 18-də ABŞ-nin paytaxtı Vaşinqtonda Tramp, Zelenski və bir neçə Avropa lideri arasında görüş keçirilib. ABŞ prezidenti Tramp, həmçinin Rusiya lideri Vladimir Putinə zəng edib. Kremlin nümayəndəsi Yuri Uşakovun açıqlamasına görə, Tramp və Putin Moskva ilə Kiyev arasında birbaşa məsləhətləşmələrin davam etdirilməsinə və bu danışıqların səviyyəsinin yüksəldilməsi ideyasına müsbət yanaşıblar.


SON XƏBƏRLƏR