• Bakı 19° C

    13.74 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Qazaxıstan-Qırğızıstan sərhədində iki keçid məntəqəsinə beynəlxalq status veriləcək

DÜNYA

20 Sentyabr 2025 | 15:18

Qazaxıstan-Qırğızıstan sərhədində iki keçid məntəqəsinə beynəlxalq status veriləcək

Qazaxıstan Qırğızıstanla sərhəd-keçid məntəqələri haqqında protokolu ratifikasiya etməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, qanun layihəsi Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən təklif edilib.

“Kamışanovka” keçid məntəqəsinin adı dəyişdirilərək “Aksu” (Qazaxıstan) və “Tömönkü-Çuy” (Qırğızıstan) adlandırılacaq. Məntəqələr gecə-gündüz fəaliyyət göstərəcək. Bundan əlavə, “Kamışanovka” və “Besaqaş” ikitərəfli keçid məntəqələrinə beynəlxalq status veriləcək.

Sənədin ratifikasiyası tranzit və nəqliyyat potensialını genişləndirəcək, iki ölkə arasında ticari-iqtisadi əlaqələri gücləndirəcək, digər nəqliyyat-keçid məntəqələrinin yükünü azaldacaq.


SON XƏBƏRLƏR