• Bakı 18° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

NATO Dəstək və Satınalma Agentliyinin əməkdaşları həbs edildi

DÜNYA

20 Oktyabr 2025 | 14:10

NATO Dəstək və Satınalma Agentliyinin əməkdaşları həbs edildi

NATO-nun əsas xidmət təminatçısı olan NATO Dəstək və Satınalma Agentliyinin (NSPA) üç keçmiş əməkdaşı korrupsiya ittihamları ilə saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki,  Belçika Federal Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan şəxslərin NATO ilə yüksək dəyərli müqavilələr bağlamağa çalışan şirkətlərə məxfi məlumat ötürdükləri iddia olunur.

Məlumata görə, həmin müqavilələr 2021–2025-ci illəri əhatə edən təyyarə, helikopter, yanacaq və sursat alışı ilə bağlı olub.

Qeyd edilib ki, şübhəlilərdən biri həbsdə saxlanılıb, digəri elektron nəzarət altındadır, üçüncüsü isə şərti azadlığa buraxılıb.

NATO isə məsələ ilə bağlı hər hansı şərh verməkdən imtina edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR