• Bakı 23° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qukasyan xüsusi təyinatlıların müşayiəti ilə bələdiyyə binasından çıxarılıb - YENİLƏNİB

DÜNYA

20 Oktyabr 2025 | 15:18

Qukasyan xüsusi təyinatlıların müşayiəti ilə bələdiyyə binasından çıxarılıb - YENİLƏNİB

Gümrü meri Vardan Qukasyan çox sayda xüsusi təyinatlının müşayiəti ilə bələdiyyə binasından çıxarılıb.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, Qukasyan naməlum istiqamətə aparılıb.

    ***

    11:52

    Gümrü Bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən böyük məbləğdə rüşvət alma və verməkdə təqsirləndirilən səkkiz nəfər həbs edilib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Anti-Korrupsiya Komitəsi məlumat yayıb.

    Məlumatda deyilir ki, Ermənistan Anti-Korrupsiya Komitəsinin Əməliyyat-Tədqiqat İdarəsi tərəfindən aparılan genişmiqyaslı əməliyyat və gizli istintaq tədbirləri nəticəsində Gümrü bələdiyyəsinin başçısı və baş memarının əvvəlcədən əlbir olaraq rüşvət tələb edib aldığı faktlar aşkar edilib.

    Başlanmış cinayət işi çərçivəsində bələdiyyə başçısı da daxil olmaqla səkkiz nəfərin cinayət məsuliyyətinə cəlb olunması və həbs edilməsi barədə qərarlar qəbul olunub.

    Bundan əlavə, istintaq zamanı məlum olub ki, cinayətkar qrupun üzvləri korrupsiya əməliyyatlarının sirrini qorumaq və fasiləsizliyini təmin etmək məqsədilə Gümrü bələdiyyəsinin arzuolunmaz üzvlərinə qarşı təzyiq göstərərək onlara aid kompromat toplayıblar və onları şantaj yolu ilə idarə etməyə çalışıblar.

    Həmçinin, bələdiyyə başçısının xidməti mövqeyindən sui-istifadə edərək bələdiyyənin balansında olan, lakin şəxsi istifadə etdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün sənədlərin saxtalaşdırılmasını, eləcə də yaxın qohumuna məxsus icazəsiz tikilmiş binanın qanuniləşdirilməsini təşəbbüs etdiyi müəyyən edilib.

    Daha sonra əldə olunmuş sübutlar göstərir ki, baş memar digər altı halda da vətəndaşlardan qanunsuz əməl müqabilində rüşvət alıb.

    Cinayət işi üzrə genişmiqyaslı əməliyyat və istintaq tədbirləri davam etdirilir. Məqsəd korrupsiya sxeminin tam strukturunu və mexanizmini ortaya çıxarmaq, habelə cinayətkar şəbəkənin bütün iştirakçılarını müəyyənləşdirməkdir.

    ***

    10:47

    Gümrünün meri Vardan Qukasyan həbs edilib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barəəd “ABC Media” merin köməkçisinə istinadən məlumat yayıb.

    Qukasyanın köməkçisinin bildirdiyinə görə, bələdiyyə binasına 60-70 nəfər daxil olub, meri saxlayıblar. Onun sözlərinə görə, meriyada hazırda Ermənistan polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə baş idarəsinin əməkdaşları var.

    Daha əvvəl müxalifətçi mer Vardan Qukasyanın oğlu Spartaka qarşı “hədə-qorxu ilə pul tələb etmə və icma əmlakını mənimsəmə” ittihamları ilə cinayət işi açılmışdı.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Sentyabr 2026