Gürcüstanın daxili işlər naziri Geka Geladze və İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir iki ölkə arasında əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, sənəd Geladzenin İsrailə rəsmi səfəri çərçivəsində imzalanıb.
Memorandum hüquq-mühafizə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini, iş təcrübəsinin mübadiləsini, eləcə də hər iki ölkənin miqrasiya idarələri və polis akademiyaları arasında əlaqələrin dərinləşdirilməsini nəzərdə tutur.
Nazirlərin ikitərəfli görüşündə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın cari məsələləri müzakirə olunub, təcrübə və qabaqcıl iş üsullarının paylaşılması ilə bağlı gələcək tədbirlər planı diqqət mərkəzində olub.
Görüşün sonunda Geka Geladze polis attaşelərinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib və israilli həmkarına səmərəli əməkdaşlıq və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.