• Bakı 18° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

"Amazon"da texniki nasazlıq: ABŞ və Avropada bir çox proqrama girişə əngəl oldu

DÜNYA

20 Oktyabr 2025 | 14:01

Amazonda texniki nasazlıq: ABŞ və Avropada bir çox proqrama girişə əngəl oldu

Amazon Veb Xidmətlərində (AWS) texniki nasazlıq səbəbindən ABŞ və Avropada bir çox proqramlara, o cümlədən, "Amazon", "Roblox", "Fortnite" və "Snapchat"a daxil olmaq mümkün olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, internet kəsintilərini izləyən "Downdetector"un məlumatına görə, istifadəçilər səhər saat 10:00-dan etibarən problemlər barədə məlumat verməyə başlayıblar.

AWS Şimali Virciniyadakı məlumat mərkəzində baş verən əməliyyat problemi səbəbindən geniş kəsinti yaşandığını açıqlayıb.

Şirkətdən bildirilib ki, girişdə əhəmiyyətli səhv nisbətləri aşkar edilib və mühəndislər problemin kök səbəbini araşdırır.

Bəzi proqramlar sosial media hesablarında giriş problemlərini təsdiqləyib.

Əli Hüseynov


SON XƏBƏRLƏR