• Bakı 27° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Tramp "Obamanın cinayətkar dəstəsi"nin üzvlərinin adlarını açıqlayıb

DÜNYA

22 Iyul 2025 | 21:59

Tramp Obamanın cinayətkar dəstəsinin üzvlərinin adlarını açıqlayıb

Ağ Ev rəhbəri Donald Tramp ABŞ-nin keçmiş prezidenti Barak Obamanı vətənə xəyanətdə ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, Obama 2016-cı ildəki prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı araşdırmanın aparılmasını tələb edib. Trampın Obamaya cavabı isə məhz bu məsələ ilə bağlı olub.

"Bu araşdırma ən yüksək səviyyədə cinayətdir", - deyə Tramp bildirib.

Hazırkı prezident "bütün cinayətkar dəstəni" sövdələşmədə ittiham edib. Onun fikrincə, cinayətkar dəstəyə "Obama, Co Bayden (sabiq prezident - red.), Ceyms Komi (Federal Təhqiqat Bürosunun rəhbəri) və Con Brennan (Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri)" kimi şəxslər daxildir.

"Obama bu dəstənin lideridir. O, günahkardır", - Tramp əlavə edib.


SON XƏBƏRLƏR

22 Iyul 2025