• Bakı 27° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Bir qrup miqrant Almaniyadan deportasiya edildi

DÜNYA

22 Iyul 2025 | 22:21

Bir qrup miqrant Almaniyadan deportasiya edildi

Almaniya iraqlı miqrantların bir qrupunu öz ölkələrinə deportasiya edib.

Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, polis nəzarətində aeroporta gətirilən 43 miqrant Leyptsiq-Halle hava limanından yola düşən təyyarə ilə Bağdada göndərilib.

Qeyd edək ki, Almaniyada may ayında fəaliyyətə başlayan yeni hökumət miqrantların geri göndərilməsi prosedurunu sürətləndirib. Bu, koalisiya hökumətinin fəaliyyətə başlamasından sonra ikinci deportasiyadır. Ötən həftə 81 əfqan miqrant öz ölkələrinə yola salınıb.


SON XƏBƏRLƏR

22 Iyul 2025