Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 8 min 689,6 ton kərə yağı istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 % azdır.
Mayın 1-nə ölkədə 25,9 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 18,6 % azdır.
Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.