• Bakı 18° C

    13.46 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır

İQTİSADİYYAT

21 Iyun 2025 | 18:52

Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır

Beynəlxalq GSM Assosiasiyası (GSMA) 2024-cü il üçün “Mobile Connectivity Index” hesabatını dərc edib. Sənəd 173 ölkə üzrə mobil xidmətlərə qoşulma göstəricilərini əhatə edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, müvafiq hesabat 2015-ci ildən etibarən mobil xidmətlər sferasında baş verən əsas trendləri müşahidə etmək, inkişaf meyillərini təhlil etmək məqsədilə hazırlanır. Ümumilikdə, yekun indeks mobil xidmətlərin infrastruktur, qiymət əlçatanlılığı, istehlakçı hazırlığı, məzmun və xidmətlər olmaqla 4 istiqamət üzrə 32 indikator əsasında hesablanır.

Hesabatın nəticələrinə əsasən, Azərbaycan ötən il indeks üzrə göstəricisini təqribən 3,07 artıraraq 73,8 indeks xalı toplayıb. İndeks üzrə artım ölkənin mövqeyinə də təsir edib. Belə ki, 2023-cü illə müqayisədə 8 pillə irəliləyərək 65-ci pillədə olmaqla qabaqcıl (advanced) ölkələr sırasında qərarlaşıb.

Qeyd olunub ki, ötən il də Azərbaycan qabaqcıl ölkələr sırasında idi. Hesabata 93,41 xala malik Danimarka başçılıq edir.


SON XƏBƏRLƏR