• Bakı 18° C

    13.46 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Büdcə artıqlığının bir hissəsi Təminat Fonduna köçürüləcək

İQTİSADİYYAT

21 Iyun 2025 | 18:11

Büdcə artıqlığının bir hissəsi Təminat Fonduna köçürüləcək

Büdcə ili ərzində büdcə artıqlığının (profisitin) bir hissəsi Təminat Fonduna köçürüləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, büdcə ili ərzində dövlət büdcəsinin xərcləri üzrə aparılmış maliyyə əməliyyatları həmin ilin dövlət büdcəsinin icrasına dair aylıq, rüblük və illik hesabatlarda aparılmış dəyişikliyə müvafiq əks etdiriləcək və təsdiq olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul edilməyəcək.

Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı qalığın yönəldiyi istiqamətlər üzrə ödənişlər icra edilməklə idarə olunacaq və (və ya) idarəetməyə veriləcək.

Büdcə ili ərzində vahid xəzinə hesabının qalığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunacaq və (və ya) idarəetməyə veriləcək. Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Büdcə ili ərzində yaranan büdcə artıqlığının (profisitin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülə biləcək.

Cari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həmin büdcə ili ərzində mümkün olmadıqda belə xərclərin maliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunacaq.

İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürüləcək.


SON XƏBƏRLƏR