• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Qırmızı bülletenlə axtarışda olanlar saxlanıldı

DÜNYA

24 May 2025 | 10:17

Qırmızı bülletenlə axtarışda olanlar saxlanıldı

Qırmızı bülletenlə axtarışda olan 3 cinayətkar saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya verdiyi açıqlamada, qırmızı bültenlə beynəlxalq səviyyədə axtarışda olan Ç.A. və M.D.Ç. ilə yanaşı, milli səviyyədə axtarışda olan H.D. adlı şəxslərin yaxalandığını və Türkiyəyə ekstradisiya edildiyini bildirib.

Nazir qeyd edib ki, bu əməliyyat nəticəsində Ç.A. Almaniyada “Narkotik vasitələrin alveri və təmin edilməsi” ittihamı ilə, M.D.Ç. isə Xorvatiyada “Yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi təcavüz” ittihamı ilə ələ keçirilib. H.D. isə Almaniyada “Narkotik vasitələrin idxalı” cinayətinə görə axtarılırdı.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026