• Bakı 21° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Ukraynanın pilotsuz təyyarələri vuruldu

DÜNYA

24 May 2025 | 09:33

Ukraynanın pilotsuz təyyarələri vuruldu

Mayın 24-də gecə və səhər saatlarında hava hücumundan müdafiə sistemləri Rusiyanın regionları üzərində Ukraynaya məxsus 94 təyyarə tipli pilotsuz təyyarəni məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunur ki, ən çox sayda pilotsuz təyyarə - 64-ü Belqorod vilayəti ərazisi üzərində vurulub.

Daha 24 pilotsuz uçuş aparatı Bryansk vilayəti üzərində, ikisi Kursk və Lipetsk vilayətləri üzərində, biri isə Voronej və Tula vilayətlərinin əraziləri üzərində məhv edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

23 May 2025