Sosial şəbəkələrdə "oxumasan sən də kuryer olacaqsan" sözlərini yazaraq gündəm olan gənc barədə xəbər var.
Bəs öz həyatının sükanını özü tutan bu gənc kimdir?
Bakıvaxtı.az “Xəzər Xəbər”ə danışan Ağa Aşımzadə yaşının az olmasına baxmayaraq kuryerlikdən əvvəl başqa ağır işdə işlədiyini deyir.
“Bu yazı nə kuryerliyə təhqirdi, nə peşəyə hörmətsizlik. Bu, bir xəbərdarlıqdır. Səni gözləyən yollar çoxdur. Seçim isə öz əlindədir”- deyir Ağa Aşımzadə.