• Bakı 24° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir  

CƏMİYYƏT

23 Iyun 2025 | 10:04

AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir  

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək.

Bakıvaxtı.az AZAL-a istinadən xəbər verir ki, ilk aviareys avqustun 2-də həyata keçiriləcək.

Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası ilə səyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrut komfortlu səyahət üçün əlavə imkanlar yaradır.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.


SON XƏBƏRLƏR