• Bakı 27° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Tarix, poeziya və musiqi: Şuşada unudulmaz axşam - FOTOLAR

CƏMİYYƏT

23 Iyul 2025 | 09:43

Tarix, poeziya və musiqi: Şuşada unudulmaz axşam - FOTOLAR

Şuşada davam edən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 22-də Xan qızı Natəvanın evinin qarşısındakı meydanda möhtəşəm  konsert proqramı təqdim olunub. 

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Rəsmilərin, Şuşa sakinləri və qala-şəhərin qonaqlarının izlədiyi konsertdə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Lalə Məmmədova, Ehtiram Hüseynov, tanınmış müğənnilər Azad Şabanov, Mərdan Kazımov, həmçinin “Dervish Band” və “Qaya” qrupları çıxış ediblər. 

Musiqili axşama Dövlət Mahnı və Rəqs Ansamblı solistlərinin ifasında Üzeyir Hacıbəylinin "Cəngi" rəqsi ilə yekun vurulub.

Konsert proqramı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.


SON XƏBƏRLƏR