İngiltərənin "Arsenal" klubu Almaniya Bundesliqası təmsilçisi "Leyptsiq"in hücumçusu Benyamin Şeşkonu transfer etməyi düşünür.
Bakıvaxtı.az "Sky Sports"a istinadən xəbər verir ki, tərəflər 21 yaşlı futbolçu ilə bağlı konkret danışıqlar aparırlar.
Sloveniyalı futbolçunun alman klubu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqaviləsində 80 milyon avroluq satınalma bəndi yer alır.
Qeyd edək ki, Şeşko cari mövsüm "Leyptsiq"in heyətində bütün yarışlarda 45 matçda 21 qol vurub və 6 məhsuldar ötürmə edib.