• Bakı 24° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Həbib Nurməhəmmədov: "Azərbaycanda keçirdiyim günlər heyrətamiz idi"

İDMAN

23 Iyun 2025 | 09:29

Həbib Nurməhəmmədov: Azərbaycanda keçirdiyim günlər heyrətamiz idi

Tanınmış rusiyalı MMA ulduzu Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında paylaşım edib.

Bakıvaxtı.az-ın məlumatına görə, 36 yaşlı sabiq çmpion Azərbaycanda görüşdüyü şəxslərlə fotolarını yayımlayıb.

Rusiyalı "Azərbaycan, çox sağ olun. Bu günlər heyrətamiz idi" yazıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil edilmiş turnirində Taqir Ulanbekovun məşqçisi olub. Ulanbekov Maksum Azata (Qazaxıstan) qalib gəlib.

Turnirin əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gəliblər. Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib. H.Rountri yekunda qalib elan olunub.

Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.


SON XƏBƏRLƏR