• Bakı 19° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Azərbaycanın üç cüdoçusu Skopyedə qızıl qazandı

İDMAN

22 Iyul 2025 | 23:48 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın üç cüdoçusu Skopyedə qızıl qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində cüdo yarışları start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, ilk yarış günündə üç çəki dərəcəsində Azərbaycanın 3 cüdoçusu tatami üzərinə çıxıb.

Gülşən Hüseynova (44 kiloqram), Rza Xəlilli (50 kiloqram) və Rəsul Əlizadə (55 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıL medala layiq görülüblər.

Beləliklə, aktivində 3 qızıl medal olan yığmamız medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.

Turnirin növbəti günlərində milli komandanın daha 9 (4 oğlan, 5 qız) cüdoçusu qüvvəsini sınayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR