• Bakı 24° C

    15.9 m/s

“Qalatasaray” futbolçusunu icarəyə verib

İDMAN

21 Avqust 2025 | 20:32

“Qalatasaray” futbolçusunu icarəyə verib

"Qalatasaray"ın üzvü Viktor Nelson karyerasını İtaliyada davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, müdafiəçi "Verona" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı oyunçu 1 illik icarə əsasında “Verona”nın şərəfini qoruyacaq. Razılaşmaya əsasən, klub “sarı-qırmızılılar”a 650 min avro icarə haqqı ödəyəcək.

Bundan əlavə, danimarkalı futbolçunun müqaviləsində 8 milyon avroluq satınalma bəndi yer alacaq.

Qeyd edək ki, Viktor Nelson "Qalatasaray"a 2021-ci ildə "Kopenhagen"dən 7 milyon avroya transfer olunub.


SON XƏBƏRLƏR