• Bakı 19° C

    15 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Premyer Liqa: Bu gün daha iki oyun olacaq

İDMAN

20 Sentyabr 2025 | 09:44

Premyer Liqa: Bu gün daha iki oyun olacaq

Misli Premyer Liqasında bu gün V turun daha iki oyunu keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq "Kəpəz" "Qəbələ"nin qonağı olacaq.

Qarşılaşma saat 17:00-da start götürəcək. Gəncə kollektivinin xalı yoxdur və sonuncu - 12-cidir. 1 xala malik "Qəbələ" isə 11-ci pillədə yer alıb.

Günün ikinci matçında "Sabah" "Turan Tovuz"u qəbul edəcək. Bu görüş saat 19:30-da başlayacaq. 9 xala malik "Turan Tovuz" dördüncü, 4 xalı olan "Sabah" səkkizincidir.

Misli Premyer Liqası

I dövrə, V tur

20 sentyabr

17:00. "Qəbələ" – "Kəpəz"

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Asif Əliyev.

Qəbələ şəhər stadionu

19:30. "Sabah" – "Turan Tovuz"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov.

VAR: Rəşad Əhmədov.

AVAR: Əli Əliyev.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

"Bank Respublika Arena"

Qeyd edək ki, turun əvvəlki matçlarında "İmişli" "Karvan-Yevlax"ı 3:0, "Zirə" isə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.


SON XƏBƏRLƏR

19 Sentyabr 2025