Texasda UP.Summit yarış meydançasında ilk "Formula 1" tipli hava yarışı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, müsabiqədə dörd pilot təyyarədə 102 km/saat maksimal sürətlə dolama hava marşrutunu idarə edərək mübarizə aparıb. Trasın uzunluğu 3,2 km olub və təhlükəsizlik üçün uçuş hündürlüyü 50 metrlə məhdudlaşdırılıb.
Tədbir ABŞ aviasiya tənzimləyiciləri tərəfindən dəstəklənib. Bütün iştirakçılar Federal Aviasiya Administrasiyasının (FAA) təhlükəsizlik tələblərinə cavab verən sertifikatlı şaquli uçuş və eniş təyyarələrindən istifadə ediblər.
Təşkilatçılar tədbirə böyük tamaşaçı marağını qeyd ediblər. Onların sözlərinə görə, yarışı onlayn olaraq 15 000-dən çox insan izləyib, 2000-ə yaxın isə yarış meydançasında olub. Hazırda müntəzəm yarışların keçirilməsi və ayrıca çempionatın yaradılması imkanları araşdırılır.