• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Brozoviç İtaliyaya qayıda bilər

İDMAN

18 Noyabr 2025 | 14:23 | Müəllif: Qalib İbrahimoğlu

Brozoviç İtaliyaya qayıda bilər

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən futbolçu Marselo Brozoviç İtaliyaya qayıda bilər.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, "Yuventus" 33 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Turin təmsilçisi xorvatiyalı oyunçunu yaxından izləyir. Lakin Brozoviçin illik 25 milyon avro qazanması hazırda ciddi maneədir.

Qeyd edək ki, Marselo Brozoviç 2015-2023-cü illər aralığında İtaliyada "İnter"in formasını geyinib. O, cari mövsüm "Əl-Nəsr" forması ilə 13 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb./"Report" 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026