• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Mançester Yunayted" "Liverpul"u məğlub etdi

İDMAN

19 Oktyabr 2025 | 22:34 | Müəllif: Subhan Mahmudov

"Mançester Yunayted" "Liverpul"u məğlub etdi

İngiltərə Premyer Liqasında VIII turun mərkəzi oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, mövsümə uğursuz başlayan "Mançester Yunayted" səfərdə "Liverpul"un qonağı olub. "Enfild" stadionunda oynanılan qarşılaşma "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mançester təmsilçisinin heyətində qolları Brayan Mbemo və Harri Maquayr vurublar. Mersisayd klubunda isə Kodi Qakpo fərqlənib.

Bu nəticədən sonra xallarını 13-ə çatdıran "Mançester Yunayted" 9-cu pilləyə yüksəlib. "Liverpul" isə 15 xalla üçüncüdür.

Qeyd edək ki, turnir cədvəlinə 19 xalı olan "Arsenal" başçılıq edir. Liderdən 3 xal az toplayan "Mançester Siti" 2-ci sırada qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026