• Bakı 15° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Güləşçimiz VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazandı

İDMAN

18 Noyabr 2025 | 19:44

Güləşçimiz VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda iranlı Olimpiya çempionu Səid İsmailiyə 3:8 hesabı ilə məğlub olaraq ikinci yeri tutub.

Nihat Məmmədli (60 kiloqram) isə bürünc medal uğrunda qarşılaşmada uduzub.

Bu gün, həmçinin Ülvü Qənizadə (77 kiloqram) və İslam Abbasov (87 kiloqram) 3-cü yer uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.


SON XƏBƏRLƏR