Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pakistan baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə danışıqlar aparacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat yayıb.
Onun sözlərinə görə, görüş noyabrın 18-də Moskvada baş tutacaq. Zaxarova əlavə məlumat verməyib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir müddətdir görünməməsi ictimaiyyət arasında müzakirələrə səbəb olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə nazirin "yoxa çıxması" barədə xəbərləri əsassız adlandırıb.
Bakı 



