• Bakı 16° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Fransa Azərbaycandan neft alışını 3,5 dəfədən çox artırıb

İQTİSADİYYAT

18 Noyabr 2025 | 13:19

Fransa Azərbaycandan neft alışını 3,5 dəfədən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib.

Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 3,1 dəfə, dəyəri isə 2,5 dəfə çoxdur.

Fransaya ixrac edilən xam neftin Azərbaycanının ümumi neft ixracında payı 1,35 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumi dəyəri 10 milyard 849 milyon 719,29 min ABŞ dolları olan 20 milyon 754 min 593,06 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb.


SON XƏBƏRLƏR

17 Noyabr 2025