Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ikitərəfli tərəfdaşlıq gündəliyindəki məsələləri müzakirə edib.
Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş zamanı regional məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.
A.Mirzoyan və M.Qrono avqustun 8-də ABŞ-də Azərbaycanla Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmalarının yaratdığı imkanlardan son dərəcə səmərəli istifadəyə yönəlmiş səyləri müzakirə ediblər.
Bakı 



