• Bakı C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Köç karvanı Horovluya çatdı - YENİLƏNİB

CƏMİYYƏT

18 Noyabr 2025 | 13:25

Köç karvanı Horovluya çatdı - YENİLƏNİB

Cəbrayılın Horovlu kəndində köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

***

12:38

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndibə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Horovlu kəndinə köç edən 37 ailə, 160 nəfər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

08:21

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə ailələr Cəbrayıl rayonunun Horovlu kəndinə köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


SON XƏBƏRLƏR

02 Yanvar 2026
01 Yanvar 2026