Bakının Yasamal rayonunda baş vermiş qətl hadisəsinin detalları məlum olub.
Bakıvaxtı.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Abbas Mirzə Şərifzadə küçəsi, 52 nömrəli məktəbin yaxınlığında yerləşən beşmərtəbəli binanın həyətində qeydə alınıb.
Məlumata görə, 14 yaşlı yeniyetmə mübahisə zamanı 15 yaşlı tanışına bıçaqla xəsarət yetirib. Sakinlərin sözlərinə görə, hadisə yeniyetmələr zarafatlaşarkən baş verib. Belə ki, zərbə yeniyetmənin şah damarına tuş gəlib. Yaralı xəstəxanaya çatdırılıb, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Bakı 



