Balakən rayonunun Beretbinə kəndində çoban su kanalında boğulub.
Bakıvaxtı.az xəbər verir ki, 58 yaşlı Balakən rayon Katex kənd sakini İsmayıl Balayev kənd ərazisində özünə və bir neçə nəfərə məxsus xırdabuynuzlu heyvanı otaran zaman yol kənarından keçən su arxına başıaşağı yıxılıb.
İlkin ehtimala görə, İ.Balayev suda boğularaq ölüb. Onun ölümünün dəqiq səbəbini öyrənmək üçün meyitdən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsində lazımi nümunələr götürülərək analizə göndərilib.
Mərhumun yaxınlarının verdiyi məlumata əsasən subay olan İ.Balayev uzun müddət qonşu Rusiya Federasiyasında yaşayıb. Təxminən 5 il əvvəl doğulduğu Katex kəndinə qayıtmışdı. İ.Balayev son iki ilə yaxındır kənddə çobanlıq edirdi.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakı 



