• Bakı 16° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

14 yaşlı oğlan 15 yaşı oğlanı qıza görə öldürübmüş...

HADİSƏ

18 Noyabr 2025 | 12:42

14 yaşlı oğlan 15 yaşı oğlanı qıza görə öldürübmüş...

Yasamal rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.

Bakıvaxtı.az Globalinfo.az-a istinadla xəbər verir ki, mübahisəyə səbəb qız üstündə yaranan anlaşılmazlıq səbəb olub.

Mübahisə qısa zamanda nəzarətdən çıxıb və nəticədə 2010-cu il təvəllüdlü H.Mirzəyev qətlə yetirilib.

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, hadisə noyabrın 17-də gecə saatlarında paytaxtın Yasamal rayonu ərazisində baş verib. 2010-cu il təvəllüdlü H.Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə.Novruzlu saxlanılıb.


SON XƏBƏRLƏR

17 Noyabr 2025