• Bakı 16° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Həmkarlar İttifaqları Konfederasiyası növbədənkənar qurultaya gedir: Sahib Məmmədov narahatdır

CƏMİYYƏT

18 Noyabr 2025 | 12:12

Həmkarlar İttifaqları Konfederasiyası növbədənkənar qurultaya gedir: Sahib Məmmədov narahatdır

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) növbədənkənar VIII qurultaya hazırlaşır.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, dekabrın 16-da keçirilməsi planlaşdırılan ali tədbir “Alov Qüllələri”ndə olacaq.

Bildirilir ki, qurultayda AHİK sədrinin 2024-2025-ci illərdəki fəaliyyətinə dair hesabat məruzəsi dinləniləcək, sədr seçkisi olacaq.

Qeyd edək ki, bu, AHİK-in son 1 ildə ikinci növbədənkənar qurultayıdır. Belə ki, Konfederasiya 2024-cü il avqustun 26-da növbədənkənar VII qurultayını keçirib. Tədbirdə Səttar Möhbalıyev Milli Məclisin deputatı kimi işinin çoxluğunu nəzərə alaraq AHİK sədrliyindən istefa verib. Onun yerinə isə Sahib Məmmədov AHİK-in sədri seçilib.

Onu da nəzərə çatdıraq ki, Sahib Məmmədov sədr seçiləndən sonra qurum daxilində ciddi narazılıqların olduğu bildirilir. Bununla bağlı mediada da bəzi məlumatlar yer alıb. Belə ki, S.Məmmədovun idarəçiliyi, tabeliyində olan şəxslərlə davranışları ciddi narazılıq yaradıb. Hətta S.Məmmədovun özü ilə gətirdiyi kadrların bir neçəsi belə qısa zamanda ərizə yazaraq işdən çıxıblar. Bu və bunun kimi səbəblərdən S.Məmmədovun AHİK sədri seçilməsi ilə bağlı da qeyri-müəyyənlik var. Təbii olaraq, bu da hazırkı sədri narahat edir. Hər halda, bütün suallara qurultayda cavab veriləcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR

17 Noyabr 2025