• Bakı 15° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

DİQQƏT! Paytaxtın bu ərazilərində qaz kəsiləcək

CƏMİYYƏT

18 Noyabr 2025 | 20:50

DİQQƏT! Paytaxtın bu ərazilərində qaz kəsiləcək

19.11.2025-ci il tarixdə saat 10:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi və Səbail rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu üzrə DSK yolunun, Binəqədi qəsəbəsi, 5056/68 məhəllənin, Biləcəri qəsəbəsi, M.Aslanov, A.Zeynallı, Q.Məmmədov, Xaqani, M.Hüseynzadə, Ordubadi, T.Yaqubov, Füzuli, Y.İmanov və İ.Kərimov küçələrinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsi, Lomonosov, Çerniyakov, H.B.Əliyev, Dağlıq, G.Əliyev, Y.Mürsəlov, A.İsmayılov küçələrinin və 2-ci yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


SON XƏBƏRLƏR