• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Rusiya Su-57 qırıcılarını hansı ölkəyə satıb?

DÜNYA

18 Noyabr 2025 | 14:07

Rusiya Su-57 qırıcılarını hansı ölkəyə satıb?

Rusiya ilk dəfə olaraq beşinci nəsil Su-57 qırıcılarını xarici müştəriyə təhvil verib.

Bakıvaxtı.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Birləşmiş Aviasiya Korporasiyasının (OAK) baş direktoru Vadim Babexa məlumat verib.

“İki ədəd Su-57 artıq alıcı ölkəyə çatdırılıb və döyüş növbətçiliyinə başlayıb. Yeni Su-57-lər sifarişçi dövlətin tələblərinə tam cavab verir və həmin ölkə qırıcıların keyfiyyətindən razıdır”, - Babexa bildirib.

O, təhlükəsizlik səbəbindən alıcı ölkənin adını açıqlamayıb.

Qeyd edək ki, Rusiya mətbuatı Su-57-lərin satıldığı ölkənin Əlcəzair olduğunu yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026