Türkiyə Ermənistanla müxtəlif səviyyələrdə dialoqu davam etdirir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkə parlamentində çıxışı zamanı bildirib.
Türkiyəli nazirin sözlərinə görə, İrəvan münasibətlərin normallaşdırılması ilə bağlı "açıq mövqe" nümayiş etdirir.
"Atıla biləcək konkret addımlar üzərində birgə işimizi səmimi şəkildə irəli aparırıq. Türkiyə Cənubi Qafqazda sülhün bərqərar olması və regionda ortaq rifah zonası yaratmaq üçün səylərini davam etdirir", - deyə Fidan əlavə edib.
Xatırladaq ki, Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyanın rəhbərlik etdiyi Ermənistan Milli Məclisinin nümayəndə heyəti hazırda Türkiyədədir. Ermənistanlı deputatlar ATƏT Parlament Assambleyasının sessiyasında iştirak edirlər.
Bakı 



