• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dmitriyev: Rusiya və ABŞ məhbus mübadiləsi imkanlarını müzakirə edib

DÜNYA

18 Noyabr 2025 | 15:30

Dmitriyev: Rusiya və ABŞ məhbus mübadiləsi imkanlarını müzakirə edib

Rusiya və ABŞ daha bir məhbus mübadiləsi imkanını müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriev Amerikanın "Axios" portalına müsahibəsində bildirib.

Dmitriyevin sözlərinə görə, bu məsələ onun oktyabrın 24-26-da ABŞ-yə səfəri zamanı da müzakirə olunub. Portal Rusiya prezidentinin xüsusi nümayəndəsinin sözlərindən sitat gətirib: “Mən bir neçə ABŞ rəsmisi və Prezident Donald Trampın komandasının üzvləri ilə bir sıra humanitar məsələləri, məsələn, Amerika tərəfinin üzərində çalışdığı mümkün məhbus mübadiləsini müzakirə etmək üçün görüşdüm”. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026