Süni intellekt (AI) bazarında mövcud balon partlasa, Google daxil bütün şirkətlər bundan zərbə ala bilər.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Google-un rəhbəri Sundar Piçay bildirib.
Onun sözlərinə görə, AI investisiyaları tarixi səviyyədə olsa da, bu prosesdə irrasionallıq və şişirdilmiş dəyərlər var.
Alphabet-in dəyəri 3,5 trilyon dollara yüksəlib və şirkət "Nvidia" ilə rəqabət aparır. Piçay qeyd edir ki, internet dövründə olduğu kimi, bu dəfə də həddindən artıq yatırım riski mövcuddur, amma AI uzunmüddətli və dərin təsirli texnologiya olacaq.
O həmçinin etiraf edir ki, AI-nin yüksək enerji tələbi şirkətin iqlim hədəflərini ləngidir. "Alphabet" Böyük Britaniyada AI tədqiqat və infrastrukturuna 5 milyard funt yatırır. Piçaya görə, AI iş dünyasını dəyişəcək və buna uyğunlaşanlar daha çox uğur qazanacaq.
Zeynəb Rzayeva
Bakı 



