• Bakı 15° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

İnternet xidməti çökdü - Qlobal şəbəkədən açıqlama

MULTİMEDİA

18 Noyabr 2025 | 18:52

İnternet xidməti çökdü - Qlobal şəbəkədən açıqlama

Amerikanın "Cloudflare" şirkətində baş verən fasilə internet xidmətləri ilə bağlı qlobal problemlərə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, nəticədə, dünyanın bir çox veb-saytı sıradan çıxıb. 

"Downdetector"a görə, ən çox şikayət Böyük Britaniyadan (8700), ABŞ-dan (4900), Yaponiyadan (4100), Almaniyadan (2700), İspaniyadan (1700), Fransadan (həmçinin təxminən 1700) və İtaliyadan (1400) gəlib. Azərbaycanda da internet xidmətlərində problem yaşanıb. 

Şirkət öz veb saytında yazıb: "Cloudflare bir çox müştəriyə təsir edən problemdən xəbərdardır və biz onu həll etmək üçün çalışırıq. Əlavə məlumat əldə edildikdə bildiriləcək".

Qeyd edək ki, "Cloudflare" xidmətləri CDN, DDoS qorunması və resurslara və DNS serverlərinə təhlükəsiz giriş təmin edir.

"Cloudflare", veb saytlar və onlayn xidmətlər üçün təhlükəsizlik və performans optimallaşdırma xidmətləri göstərən Amerika şirkətidir. O, əks proksi kimi fəaliyyət göstərir, veb saytları DDoS hücumlarından qoruyur, CDN istifadə edərək yükləmə müddətini sürətləndirir və DNS idarəetməsi və təhlükəsiz bağlantılar (HTTPS) kimi digər xüsusiyyətləri təklif edir.


SON XƏBƏRLƏR