• Bakı 11° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

“ChatGPT”dən istifadə edərək kiberhücum törətdi

MULTİMEDİA

04 Dekabr 2025 | 18:26

“ChatGPT”dən istifadə edərək kiberhücum törətdi

Yaponiya polisi 17 yaşlı yeniyetməni “Kaikatsu Frontier” şirkətinə qarşı kiberhücum etməkdə şübhəli bilərək həbs edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Jiji Press” agentliyi məlumat yayıb.

Nəşr osakalı məktəblinin zərərli proqram təminatı yaratmaq üçün məşhur “ChatGPT” çat-botundan istifadə etdiyini bildirir.

Yeniyetmə yaratdığı proqram vasitəsilə təxminən 7,25 milyon insanın şəxsi məlumatlarına daxil olub. Bununla belə, polis həmin məlumatların qanunsuz istifadəsi ilə bağlı hər hansı əlamət tapmayıb. Yeniyetmə dindirilmə zamanı özünü təqsirli bilib və ifadəsində sadəcə “sistemdəki boşluqları tapmaqdan zövq aldığını” deyib.

Xatırladaq ki, süni intellekt sistemlərindəki boşluqlar tez-tez araşdırma mövzusu olur. Bundan əvvəl Cənubi Koreyanın “Aim Intelligence” şirkəti “Google Gemini 3 Pro” modelində kritik təhlükəli məlumat yaratmağa imkan verən ciddi pozuntular aşkar etmişdi.

 


SON XƏBƏRLƏR